İsrail XİN-in rəsmi nümayəndəsi: “HAMAS-a nəfəsini dərib yenidən İsraili atəşə tutmaq imkanı verməyəcəyik” - EKSKLÜZİV

İsrail XİN-in rəsmi nümayəndəsi: “HAMAS-a nəfəsini dərib yenidən İsraili atəşə tutmaq imkanı verməyəcəyik” - <font color=red>EKSKLÜZİV</font>
# 05 yanvar 2009 11:06 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında İsrail XİN-in rəsmi nümayəndəsi Mixail Brodski deyib. M. Brodski bu cür xəbərlərin psixoloji müharibə metodu olduğunu, fələstinlilərin bu yolla İsrailə təzyiq göstərmək istədiklərini bildirib. O, ordunun Qəzzaya daxil olmasından sonra da İsrail ərazisinin atəşə məruz qaldığını söyləyib: “Dünən İsrail ərazisinə 40-dan çox raket atılıb və atəş bu gün də davam edir. Xoşbəxtlikdən ölənlər yoxdur, amma yüngül yaralananlar var”.

İsrail ordusunun itkiləri haqda danışan diplomat yanvarın 4-də səhər bir əsgərin həlak olduğunu, bir neçə əsgərin ağır, 10-dan çox hərbçinin isə yüngül yaralandığını açıqlayıb: “Qəzzada HAMAS-ın bir neçə terrorçusunu məhv etmək mümkün olub. Hazırda əməliyyat davam edir. Məqsəd İsrail ərazisinin HAMAS tərəfindən atəşə tutulmasına son qoymaqdır”.

M. Brodski İsrailin bir neçə dövlətin vasitəçilik təklifindən imtina etdiyini təsdiqləyib: “Dünən Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Saltanov ölkəsi adından vasitəçilik təklifi irəli sürdü və İsrail bu təklifdən imtina etdi. Fransa tərəfindən də bu cür təklif oldu. Biz hesab edirik ki, hazırkı məqamda vasitəçilərin köməyinə ehtiyac yoxdur, çünki əməliyyat gedir. Əməliyyat yalnız HAMAS-ın atəşlərinə birdəfəlik son qoyulduqdan sonra dayandırıla bilər. Bu, əməliyyatın başlıca məqsədidir. Artıq 8 ildir İsrail ərazisi Qəzza sektoru tərəfdən atəşə məruz qalır. Bu gün HAMAS-ın atəşi dayandırdığını bəyan etməsi yetərli sayılmayacaq. Çünki iki gün sonra yenə başlayacaqlar. Biz bu andan etibarən İsrailin təhlükəsizliyini təminat altına almaq istəyirik və HAMAS-a nəfəsini dərib yenidən raketlərlə silahlanmaq və İsraili atəşə tutmaq imkanı vermək fikrində deyilik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR