Mahmud Əhmədinejad: “Əsl Xolokost Qəzza zolağı və Fələstində törədilir”

Mahmud Əhmədinejad: “Əsl Xolokost Qəzza zolağı və Fələstində törədilir”
# 05 yanvar 2009 13:20 (UTC +04:00)
Tehran-APA. “Həqiqi Xolokost qırığını bu gün Qəzza zolağı və Fələstində yaşanır”. Bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. İran səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident Əhmədinejad İsrailin bu addımı azadlıqsevən bütün insanların hiddətinə səbəb olub: “Mömin, pak və pənahsız qadınlar, kişilər, uşaqlar və gənclər öz evlərində və vətənlərində, yalnız və yalnız öz ibtidai insan haqlarını tələb etməkdə günahlandırılaraq bomba və güllə yağışı altında, ərzaq və dərman baxımından uzun sürən ağır blokadada tikə-tikə olurlar. Hegemon dövlət başçıları, zülmkar güclər, habelə onlara bağlı olanlar, birbaşa ya da dolayısı ilə və yaxud da ölümcül sükut etməklə bu cinayətləri təsdiqləyir və cinayətkarları dəstəkləyirlər”.

Mahmud Əhmədinejad ABŞ bəzi Avropa dövlətlərinin bu cinayətlərə şərik olduğunu bildirib: “Qoy onlar bilsinlər ki, Allahın köməyi ilə tezliklə təşkil olunacaq sionist başçılarının məhkəməsində, onların bütün himayədarları da törədilən cinayətlərdə ortaq qismində ədalətə təslim ediləcəklər. Qəzzanın məzlumluq naləsi və bölgə xalqlarının uca fəryadı, onlara yetərli bir xəbərdarlıqdır ki, insanların qətliam edilməsindən və peşəkar qatilləri dəstəkləməkdən əl çəkmədikləri təqdirdə, dünya xalqlarının təlatümlü qəzəb okeanı ilə üzləşəcəklər”. Prezident Əhmədinejad, Ərəb Birliyini, Ərəb və İslam dövlətlərini, xüsusilə də Misiri hazırkı şəraitdə Qəzza xalqının dəstəklənməsi istiqamətindəki vəzifələrini icra etməyə və bununla da sionist rejimi ilə bağlılıq və əlaqələrinin olmadığını göstərməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR