Qəzzada gedən döyüşlərdə İsrail Ordusunun 3 hərbçisi həlak olub, 24-ü yaralanıb

Qəzzada gedən döyüşlərdə İsrail Ordusunun 3 hərbçisi həlak olub, 24-ü yaralanıb
# 06 yanvar 2009 07:04 (UTC +04:00)
Colan briqadasının 13-cü taborunun hərbçiləri Sacaiyyə rayonu ərazisində atəşə məruz qalıblar. Yaxınlıqdakı yaşayış evində daldalanan hərbçilər öz tanklarından atılmış təsadüfi mərmiyə tuş gəliblər. Mərmilər binanı darmadağın edib.

Yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır. Yaralılar arasında briqada komandiri, polkovnik Avi Peled (Avi Peled) də var.

İsraili ordu komandanlığı əsgərlərin ölməsi və yaralanması barədə xəbəri gizlətməyə çalışsa da, hərbçilərin valideynlərinin bu barədə mətbuata məlumat verməsindən sonra faktı təsdiqləmək məcburiyyətində qalıb.

Bundan başqa, yanvarın 5-də HAMAS-la döyüşlərdə daha 12 İsrail əsgəri yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, İsrail hərbi kampaniya başlayandan ilk dəfə olaraq yanvarın 5-də axşam Qəzza sektorunda irimiqyaslı yerüstü əməliyyat keçirib. Şahidlərin sözlərinə görə, atışma və partlayışlar bir neçə saat ərzində davam edib. Əməliyyat nəticəsində HAMAS-ın itkiləri barədə dəqiq məlumat yoxdur.

Bəzi məlumatlara görə, ötən il dekabrın 27-dən aparılan hərbi əməliyyatlar nəticəsində 100-dək HAMAS üzvü məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR