İsrail ordusu Xan-Yunis şəhərinə daxil olub

İsrail ordusu Xan-Yunis şəhərinə daxil olub
# 06 yanvar 2009 07:19 (UTC +04:00)
APA-nın məlumatına görə, İsrail ordusunun hücumu qarşılıqlı atışma və raket zərbələri ilə müşayiət olunur. Döyüş vertolyotları havadan əməliyyata dəstək verirlər. Qəzza zolağının cənubunda irimiqyaslı hücum bu gecə başlayıb. Rəsmi Tel-Əviv isə regionda başlayan hərbi əməliyyatla bağlı məlumatları təsdiqləmir. Xan-Yunisdə İsrail tankının açdığı yanlış atəş nəticəsində üç İsrail əsgəri həlak olub, 24 nəfər yaralanıb. Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında qurudan başladığı əməliyyatda 10 min İsrail əsgər və zabiti iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR