İsrail Qəzza zolağının şimalında irimiqyaslı əməliyyata başlayıb

İsrail Qəzza zolağının şimalında irimiqyaslı əməliyyata başlayıb
# 06 yanvar 2009 07:31 (UTC +04:00)
Qəzza-APA. İsrail ordusu Qəzza zolağının şimalında hərbi əməliyyatlara başlayıb. APA-nın məlumatına görə, şəhərin şimal hissəsi artilleriya və raket qurğularından sürəkli atəşə tutulur. İlkin məlumatlara görə, səhərə yaxın başlayan əməliyyatlar zamanı 3 “HAMAS” döyüşçüsü öldürülüb. İsrail tərəfi hələlik əməliyyatın yekunlarına dair rəqəmləri açıqlamır. Hərbi əməliyyata başlamazdan əvvəl İsrail aviasiyası Misirlə sərhəddə yerləşən və silah qaçaqmalçılığı üçün istifadə olunan 40-dan artıq tuneli bombardman ediblər. İsrail müdafiə nazirinin müavini Matan Vilnai arxa cəbhə qərargahına ən azı 2 həftə davam edəcək hərbi əməliyyatlar üçün hazırlıq görməyi əmr edib. Ordu komandanlığı Qəzza sektorunda çoxsaylı hərbi toqquşmalar zamanı 100-dən artıq “HAMAS” döyüşçüsünün öldüyünü bildirirlər. Fələstin tərəfi isə
əməliyyat başladıqdan sonra 555 nəfərin öldüyünü, 2700 insanın yaralandığını xəbər verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR