200-dən çox Türkiyə vətəndaşı hərbi təyyarə ilə Əfqanıstandan təxliyə edilib

Kabil beynəlxalq hava limanı

© APA | Kabil beynəlxalq hava limanı

# 18 avqust 2021 18:53 (UTC +04:00)

Əfqanıstanda yaşayan 200-dən çox Türkiyə vətəndaşı Kabildən təxliyə edilib.

APA-nın Anadolu Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyəyə qayıtmaq üçün müraciət edənlər öncə Kabil beynəlxalq hava limanında təhlükəsiz zonaya yerləşdirlib.

Onlar daha sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus “A400 M” tipli - “uçan qala” təyyarəsi ilə Kabildən təxliyə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR