Çində bir gün ərzində 78 nəfər koronavirusa yoluxub

Çində bir gün ərzində 78 nəfər koronavirusa yoluxub
# 24 mart 2020 06:48 (UTC +04:00)

Son bir gündə Çində yeni növ koronavirus infeksiyasından yeddi nəfər ölüb, virusa yoluxanların sayı 78 nəfər artıb, 456 nəfər isə sağalıb.

APA xəbər verir ki, bu barədə Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsi məlumat verib.

Məlumata görə, virusun ölkədə yayıldığı ilk gündən bəri yoluxanların sayı 81 min nəfəri keçib, onlardan 73 mindən çoxu sağalıb, 3277 nəfər ölüb.

Bazar ertəsi günü dövlət komitəsi 39 yeni yoluxma hadisəsinin, 459 sağalanın və 9 yeni ölənin olduğunu qeydə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR