Liviya sahillərində miqrant gəmisi batıb, 74 nəfər ölüb

Liviya sahillərində miqrant gəmisi batıb, 74 nəfər ölüb
# 13 noyabr 2020 05:15 (UTC +04:00)

Liviya sahillərində miqrantların olduğu gəmi batıb, nəticədə azı 74 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Məlumata görə, hadisə Homs liman şəhəri yaxınlığında baş verib. Ümumilikdə gəmidə 120-dən çox adam olub. Onlardan 47-si sahil mühafizəsi və yerli balıqçılar tərəfindən sudan çıxarılıb. Xilasedicilər bu saatlaradək 31 nəfərin cəsədini tapıblar, qalanlarının axtarışı davam edir.

BMqT qeyd edir ki, təkcə bu il Avropa sahillərinə çıxmağa cəhd edən azı 900 nəfər Aralıq dənizində boğulub. Liviyanı tərk etməyə çalışan 11 mindən çox insan yenidən ölkəyə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR