Tehranın məhəllələrində asayişi SEPAH-ın xüsusi dəstələri qoruyacaq

Tehranın məhəllələrində asayişi SEPAH-ın xüsusi dəstələri qoruyacaq
# 15 sentyabr 2020 11:50 (UTC +04:00)

Tehranın məhəllələrində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) xüsusi təyinatlı dəstələri fəaliyyətə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın Tehran əyaləti üzrə “Məhəmməd Rəsulullah” adına qvardiyasının komandanı Məhəmməd Yəzdi bildirib ki, BƏSIC (İranda hökumətyönümlü könüllü silahlı dəstələr) bazalarının imkanlarından istifadə edərək məhəllələrin təhlükəsizliyinin qorunması məqsədilə bu addım atılır.

M.Yəzdi xüsusi təyinatlı dəstələrin məhəllələrdə oğurluq, soyğunçuluq, quldurluq mübarizə aparacağını bildirib. İndiyədək Tehran və İranın digər şəhərlərində yaradılan patrul xidməti və xüsusi təyinatlı dəstələrin sayı açıqlanmayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Tehran məhəllələrində cinayətkarlıqla mübarizəni hüquq-mühafizə orqanları aparmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR