Abdullahian: "AB ilə dialoq nüvə razılaşması məsələsində dalandan çıxış yolu tapmağa köklənib"

Hüseyn Əmir Abdullahian

© APA | Hüseyn Əmir Abdullahian

# 15 oktyabr 2021 03:38 (UTC +04:00)

İranla Avropa Birliyi (AB) arasındakı danışıqların məqsədi nüvə anlaşmasına qayıtmaq məsələsində dalandan çıxış yolu tapmaqdır.

APA TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bildirib.

“AB-nin Xarici Siyasət Xidmətinin baş katibinin müavini Enrike Mora ilə hazırkı danışıqlarımız mövcud problemlərin praktiki həlli və Vyanada çıxılmaz vəziyyətdən qaçış yolları üzərində köklənib”, - deyə İran XİN-in mətbuat xidməti nazirdən sitat gətirib.

Məlumata görə, S.Lavrov “danışıqları alqışlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR