ABŞ dövlət katibi İsraildə səfərdədir

Entoni Blinken və Qabi Aşkenazi

© APA | Entoni Blinken və Qabi Aşkenazi

# 25 may 2021 11:17 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdədir.

APA-nın xəbərinə görə, bu barədə İsrailin xarici işlər naziri Qabi Aşkenazi “Twitter”də bildirib.

“ABŞ-İsrail münasibətlərinin gücləndirilməsi və regional vəziyyətlə bağlı müzakirələri səbirsizliklə gözləyirəm”, - deyə İsrail XİN başçı qeyd edib.

E. Blinken səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Qabi Aşkenazi, müdafiə naziri Benni Qantzla görüşəcək.

Dövlət katibinin İsrail müxalifətinin lideri Yair Lapidlə də görüşü nəzərdə tutulub.

E. Blinken İsraildən sonra İordan çayının Qərb sahilinə səfər edəcək. O, Ramallahda Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Ştayyehlə görüşəcək.

Mayın 26-da ABŞ dövlət katibi İordaniya və Misirə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR