ABŞ hər gün 9000 nəfəri Əfqanıstandan evakuasiya etməyi planlaşdırır

Con Kirbi

© APA | Con Kirbi

# 17 avqust 2021 18:53 (UTC +04:00)

ABŞ hər gün 9000 nəfəri Əfqanıstandan evakuasiya etməyi planlaşdırır.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun sözçüsü Con Kirbi mətbuat konfransında deyib.

Con Kirbi bildirib ki, ABŞ-ın Əfqanıstandan amerikalıların və həssas əfqanların təxliyəsi missiyası avqustun 31-dək davam edəcək.

O, Kabil hava limanının artıq təhlükəsiz olduğunu və bu səbəbdən ABŞ-ın hər saat bir evakuasiya uçuşu və gün ərzində ən azı 9000 nəfərin təxliyəsini planlaşdırdığını deyib. Ancaq Pentaqon sözçüsü ayın sonuna qədər nə qədər adamın təxliyə ediləcəyi barədə məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR