ABŞ-ın Kabilə raket zərbəsi nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB-3 - VİDEO

ABŞ-ın Kabilə raket zərbəsi nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB-3  - VİDEO
# 30 avqust 2021 04:06 (UTC +04:00)

Kabildə ABŞ-ın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə endirdiyi aviazərbə nəticəsində 6-sı uşaq olmaqla 9 mülki şəxs həlak olub. Onların hamısının bir ailənin üzvləri olduğu deyilir.

APA xəbər verir ki, bu barədə “CNN” ölənlərin qohumlarına istinadən məlumat yayıb.

Onların ailə üzvlərindən biri terrorçuların avtomobilinə yönəlmiş hücum nəticəsində həyatını itirənlərin hamısının adını çəkib. Ölənlərdən ən kiçiyi iki və üç yaşlı uşaqlar olub.

Telekanalın müsahibləri aviazərbə nəticəsində ölənlərin hamısının adi insanlar olduğunu deyib.

Bundan əvvəl Əfqanıstan “Ariana News” telekanalı olan Kabilə edilən raket zərbəsi nəticəsində 4-ü uşaq olmaqla 6 nəfərin öldüyünü bildirmişdi.

Qeyd edək ki, ABŞ ordusu bazar günü Əfqanıstanın paytaxtında çox miqdarda partlayıcı maddə daşıyan və Kabil hava limanı üçün təhlükə yaratdığı bildirilən bir avtomobilə PUA vasitəsilə zərbə endirib.

***

Saat 22:27

ABŞ Silahlı Qüvvələrinin bazar günü Əfqanıstan paytaxtına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.

APA xəbər verir ki, bu barədə “Afghanistan Times” qəzeti məlumat yayıb.

Bundan əvvəl 4-ü uşaq olmaqla 6 nəfərin öldüyü, həmçinin 4 Kabil sakininin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ölənlərin siyahısına avtomobili məhv edilən kamikadze də daxildir.

Məlumata görə, ABŞ qüvvələrinin endirdiyi aviazərbə iki avtomobili və bir yaşayış binasını qismən dağıdıb. Zərbənin hədəfinin hava limanına hücum etmək istəyən kamikadzenin avtomobili olub. “Al Jazeera” telekanalı xəbər verir ki, raket zərbəsindən sonra avtomobildə çoxlu partlayıcı maddələr olduğu üçün ikinci partlayışlar baş verib.

Eyni zamanda, “CNN” telekanalı Pentaqondakı mənbəyə istinadən xəbər verir ki, ABŞ tərəfinin ilkin məlumatlarına görə, aviazərbə nəticəsində mülki şəxslər arasında ölən yoxdur.

***

Saat 19:27

ABŞ-ın pilotsuz uçuş aparatı vasitəsi ilə endirdiyi raket zərbəsi nəticəsində Kabildə ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə ”Ariana News” telekanalı məlumat yayıb.

Hərəkətdə olan iki avtomobil və bir fərdi evə endirilən raket zərbəsi nəticəsində 4-ü uşaq olmaqla, 6 nəfər ölüb.

***

Saat 18:22

Kabildəki partlayışın səbəbi məlum olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, "Taliban" hərəkatının sözçüsü deyib ki, ABŞ Kabil aeroportuna hücum eləmək üçün hərəkətdə olan avtomobili raketlə vurub.

Nəticədə 1 uşaq ölüb, 3 nəfər yaralanıb

***

Saat 16:42

Əfqanıstanın paytaxtı Kabildə yenidən güclü partlayış olub.

APA-nın xəbərinə görə, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

Tələfat barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR