ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub
# 29 iyun 2021 00:10 (UTC +04:00)

Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor əyalətində neftli Əl-Ömər torpaqlarında yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

“ABŞ bazası Deyr-əz-Zorun kənd sahəsindən, Əl-Ömər neft yataqları bölgəsindən reaktiv mərmilərlə atəşə tutulub”, - deyə məlumatda qeyd olunub.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının rəsmi nümayəndəsi polkovnik Ueyn Marotto da raket hücumunu təsdiqləyib və nəticədə itki olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR