ABŞ-ın xüsusi elçisi Pakistanda Talibanın xarici işlər naziri ilə görüşəcək

Tomas Vest

© APA | Tomas Vest

# 10 noyabr 2021 14:05 (UTC +04:00)

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Tomas Vest Pakistanda Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşəcək.

APA-nın “France 24”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Noyabrın 11-də baş tutacaq görüşdə Çin və Rusiyadan olan yüksək səviyyəli diplomatlar da iştirak edəcək.

Bu, ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisinin regiona ilk səfəridir. Onun Rusiya və Hindistana da səfəri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR