ABŞ Kabil aeroportunun təhlükəsizliyi ilə bağlı Türkiyəyə nümayəndə heyəti göndərir

ABŞ Kabil aeroportunun təhlükəsizliyi ilə bağlı Türkiyəyə nümayəndə heyəti göndərir
# 22 iyun 2021 13:42 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti iyunun 24-də Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun TRT “Haber”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib.

Bildirilib ki, səfər zamanı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə hərbçiləri 6 ildir NATO-nun “Qətiyyətli dəstək” missiyası çərçivəsində Həmid Kərzai Beynəlxalq Hava Limanında fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR