AEBA baş direktoru Tehrana səfər edəcək

AEBA baş direktoru Tehrana səfər edəcək
# 11 sentyabr 2021 19:37 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

O, səfərin sentyabrın 11-i axşam başlayacağını deyib.

B.Kəmalvəndi deyib ki, sentyabrın 12-də AEBA baş direktoru İran Atom Enerji Təşkilatı rəhbəri Məhəmməd İslami ilə görüşəcək.

Görüşdə İran və AEBA arasında perspektiv əməkdaşlıq müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR