AKP nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

AKP nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

© APA | Numan Kurtulmuş, AKP sədrinin I müavini

# 23 iyul 2021 15:57 (UTC +04:00)

İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin I müavini Numan Kurtulmuşun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edəcək.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində AKP nümayəndə heyəti YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Baş nazirin müavini Əli Əhmədovla görüşəcək.
AKP nümayəndə heyəti 4 gün davam edəcək səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə də bir araya gələcək. Görüşlərdə AKP və YAP-ın Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.
İyulun 28-də Gəncədə YAP və AKP arasında ikitərəfli Əməkdaşlıq Protokoluna müvafiq olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçiriləcək. Səfər N. Kurtulmuş və T. Budaqovun iştirakı ilə səfərin yekunlarına dair birgə mətbuat konfransı ilə başa çatacaq.
Qeyd edək ki, N. Kurtulmuşun rəhbərlik edəcəyi nümayəndə heyətində AKP-nin xarici əlaqələr üzrə məsul nümayəndəsi Efkan Ala, baş katibi Fatih Şahin, partiyanın qadın təşkilatının sədri Ayşe Keşir, gənclər təşkilatının sədri Eyüp Kadir İnan, AKP sədrinin müavininin köməkçisi Ahmet Büyükgümüş, xarici əlaqələr şöbəsinin müdirinin köməkçisi Mehmet Ceylan, baş katibin köməkçisi Türk İslam Karakoç və bəzi partiya mənsubları yer alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR