Almaniya Əfqanıstana iqtisadi yardımı dayandırır

Almaniya Əfqanıstana iqtisadi yardımı dayandırır
# 17 avqust 2021 15:37 (UTC +04:00)

Almaniya Əfqanıstana iqtisadi yardımı dayandırır.

APA-nın xəbərinə görə, bu barədə DPA agentliyi Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Gerd Müllerə istinadən məlumat yayıb.

Daha əvvəl Almaniyanın xarici işlər naziri Hayko Maas "Taliban"ın hakimiyyəti ələ keçirəcəyi təqdirdə, ölkəsinin Əfqanıstana "bir sent" belə verməyəcəyi barədə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, Berlin hər il Əfqanıstana 430 milyon avro ayırır. Cari il üçün 250 milyon avro maliyyə dəstəyi veriləcəyi gözlənilirdi.

Xatırladaq ki, "Taliban" hərəkatının silahlıları avqustun 15-də Kabilə döyüşsüz girib və paytaxt üzərində tam nəzarəti ələ keçirib. Prezident Əşrəf Qani isə istefa verərək ölkədən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR