Ankarada Türkiyə və Qırğızıstan prezidentlərinin ikitərəfli görüşü keçirilib

Sadır Caparov və Rəcəb Tayyib Ərdoğan

© APA | Sadır Caparov və Rəcəb Tayyib Ərdoğan

# 09 iyun 2021 17:28 (UTC +04:00)

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan Prezidenti Sadır Caparov arasında ikitərəfli görüş keçirilib.

APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasına istinadən verdiyi xəbərə görə, ikitərəfli görüşdən sonra Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

İclasdan sonra isə iki ölkə arasında qəbul edilən sazişlərin imzalanma mərasimi və mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR