Ankaradakı otellərdən birində yanğın baş verib

Ankaradakı otellərdən birində yanğın baş verib
# 31 iyul 2021 20:51 (UTC +04:00)

Türkiyədə paytaxt Ankaranın Çankaya rayonunda 7 mərtəbəli bir oteldə yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın otelin damında baş verib.

7-ci mərtəbədə köməksiz vəziyyətdə qalan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Otel sakinləri təxliyə olunub.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR