Antaliyada yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb - YENİLƏNİB

Antaliyada yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb - YENİLƏNİB
# 02 avqust 2021 20:28 (UTC +04:00)

Antaliyanın Manavgat rayonunda ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 3 nəfərə çatıb.

APA-nın Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda rusiyalı turistlər olub.

Qəzada 16 nəfərin yaralandığı bildirilir.

***

20:04

Antaliyanın Manavgat rayonunda ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Antaliya-Manavgat marşrut yolunda turistləri daşıyan avtobus idarəetməni itirərək aşıb.
Qəza nəticəsində 2 turist ölüb, çox sayda sərnişin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR