Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İrana səfər edəcək

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 15 noyabr 2021 11:20 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi tezliklə İrana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, R. Qrossinin İrana səfərinin tarixi müəyyənləşib: “Hazırda müəyyən olunmuş tarixlə bağlı qarşı tərəfdən cavab gözləyirik. İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında texniki məsələlər barəsində əməkdaşlıq yaxşı səviyyədədir”.

Nazirlik rəsmisi qeyd edib ki, səfər çərçivəsində R. Qrossi İran Atom Enerji Təşkilatının rəhbəri və İran XİN rəhbəri və digər rəsmilərlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR