Avstraliya Əfqanıstandakı səfirliyini bağlayır

Avstraliya Əfqanıstandakı səfirliyini bağlayır

© APA | Skot Morrison

# 25 may 2021 13:00 (UTC +04:00)

Avstraliya Əfqanıstandakı səfirliyini bu həftə bağlayacağını açıqlayıb.

APA-nın AFP-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib.

O deyib ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması ilə bu ölkədə qeyri-müəyyən təhlükəsizlik mühiti yaranacaq. Baş nazirin sözlərinə görə, gələcəkdə şərtlər imkan verərsə, Avstraliyanın Kabildəki səfirliyi yenidən açıla bilər.

“Taliban” Əfqanıstandakı diplomatlar və humanitar yardım sahəsində çalışanlar üçün “təhlükəsiz mühit” təmin edəcəyinə söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR