Avstraliya “Hizbullah”ı terror təşkilatı kimi tanıyıb

Karen Endryu

© APA | Karen Endryu

# 24 noyabr 2021 11:43 (UTC +04:00)

Avstraliya hökuməti “Hizbullah”ı və “The Base” neonasist qrupunu terror təşkilatlarının siyahısına əlavə edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Karen Endryu bildirib.

Onun sözlərinə görə, Avstraliyada dini və ya ideoloji olmasından asılı olmayaraq, zorakı ekstremizmə yer yoxdur və insanların qətlə yetirilməsinə bunların hər hansı biri ilə bəraət qazandırmaq mümkün deyil.

K. Endryu qeyd edib ki, “Hizbullah” digər terrorçu təşkilatlara dəstək verməyə və terror hücumları törətməklə təhdid etməkdə davam edir.

Avstraliya hökumətinin qənaətinə görə 2018-ci ildə əsası qoyulmuş “The Base” irqçi terror qruplaşması ölkə ərazisində öz şəbəkəsini qurmağa çalışır və terror hücumları həyata keçirməyi planlaşdırır.

Xatırladaq ki, “Hizbullah”ın “Xarici Təhlükəsizlik Təşkilatı” Avstraliyada 2003-cü ildən terror təşkilatı kimi tanınıb. Avstraliya qanunvericiliyinə görə terror təşkilatlarına üzv olmaq qadağandır və bu cinayət əməlinə görə 25 ilədək həbs cəzası nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR