BAEA-nın Baş direktorunun Tehrana səfərinin vaxtı məlum olub

BAEA-nın Baş direktorunun Tehrana səfərinin vaxtı məlum olub
# 17 noyabr 2021 15:17 (UTC +04:00)

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi gələn həftə Tehrana səfər edəcək.

APA-nın "Mehr news"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi bildirib.

B.Kamalvəndinin sözlərinə görə, R.Qrossi noyabrın 22-də Tehrana səfər edəcək. O, noyabrın 23-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl İran XİN-in sözçüsü BAEA-nın Baş direktorunun İrana səfərə dəvət olunduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR