Banqladeşdə gəmini ildırım vurub, ölənlər var

Banqladeşdə gəmini ildırım vurub, ölənlər var
# 04 avqust 2021 17:10 (UTC +04:00)

Banqladeşin şimal-qərbində Rajşahi bölgəsində gəmiyə ildırım düşməsi nəticəsində ölənlər və yaralananlar var.

APA-nın "Dhaka Tribune" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumət rəsmisi bildirib.

Hadisə Padma çayının sahilində baş verib. Bildirilib ki, toy məclisinin keçirildiyi kiçik gəmi çayın suyunun artması ilə əlaqədar sahilə yan alıb və bu zaman qəfil çaxan ildırım gəmini vurub. Hadisə nəticəsində 15 nəfər hadisə yerində ölüb, daha 2 nəfər isə xəstəxanaya aparılarkən həyatını itirib.

Ölənlərdən 7-si bir ailənin üzvüdür. Hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR