Banqladeşdə zavodda baş vermiş yanğında ölənlərin sayı 43-ə çatıb

Banqladeşdə zavodda baş vermiş yanğında ölənlərin sayı 43-ə çatıb
# 09 iyul 2021 13:45 (UTC +04:00)

Banqladeşin Narayanqanc şəhərində yerləşən meyvə şirəsi zavodunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 43-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “France-Press” Banqladeş polisinə istinadən məlumat yayıb.

Daha əvvəlki məlumatda isə 19 nəfərin həlak olduğu, onlarla işçinin itkin düşdüyü bildirilib. Yerli KİV-in məlumatına görə, yanğın cümə axşamı yeddi mərtəbəli binada aparılan qaynaq işləri zamanı başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, yaralılardan bəziləri yanğından qaçmaq məqsədi ilə özlərini binanın yuxarı mərtəbələrindən aşağı atıb. 7-8 min işçinin çalışdığı zavodda baş vermiş yanğın nəticəsində həlak olanların sayının artacağı ehtimal edilir.

Zavodda yanğınsöndürmə işlərinin hələ də davam etdirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR