Baş nazir: "Ərazi mübahisəsi həll olunmadan Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamayacaq"

Fumio Kişida

© APA | Fumio Kişida

# 08 oktyabr 2021 10:11 (UTC +04:00)

"Ərazi mübahisəsi həll olunmadan Rusiya ilə sülh müqaviləsi bağlanmayacaq".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın yeni Baş naziri Fumio Kişida parlamentin aşağı palatasının plenar iclasında ilk açılış nitqində deyib.

"Ərazi məsələsi həll edilmədən Rusiya ilə sülh müqaviləsi bağlanmayacaq. Mən sülh müqaviləsinin imzalanması da daxil olmaqla Yaponiya-Rusiya münasibətlərinin bütün spektrini inkişaf etdirməyə çalışacağam", - deyə o bildirib.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi imzalamaq üçün Moskva və Tokyo keçən əsrin ortalarından bəri məsləhətləşmələr aparır. Sülh müqaviləsinin imzalanmasına əsas maneə Kuril adalarının cənub hissəsinin kimə məxsusluğundakı fikir ayrılığıdır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının ərazisinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və ona bitişik bir qrup kiçik adaların ona məxsus olduğunu bildirir.

Rusiya Xarici İşlər Nazirliyi isə beynəlxalq hüquqda Rusiyanın bu ərazilər üzərində suverenliyinin şübhə altına alınmadığını iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR