BƏƏ-nin bütün əhalisi azı 1 doza vaksin qəbul edib

BƏƏ-nin bütün əhalisi azı 1 doza vaksin qəbul edib
# 28 noyabr 2021 04:26 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin peyvənd edilməsi tələb olunan bütün əhalisi azı 1 doza vaksin qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, vaksin yaşı çatanların hamısı azı bir doza Covid-19 əleyhinə vaksin qəbul edib. Ölkə əhalisinin 90.18%-i isə tam peyvəndlənib. Beləliklə, BƏƏ vaksinlənmə tempinə görə dünyada birinci ölkədir.

Qeyd edək ki, BƏƏ-də koronavirus əleyhinə vaksinləmə 3 yaşından başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR