Bəhreyn Livan səfirindən 48 saat ərzində ölkəni tərk etməsini tələb edib

Bəhreyn Livan səfirindən 48 saat ərzində ölkəni tərk etməsini tələb edib
# 30 oktyabr 2021 05:17 (UTC +04:00)

Bəhreyn rəhbərliyi Livan səfirindən 48 saat ərzində krallığı tərk etməsini tələb edib.

APA xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, buna səbəb Livan rəsmilərinin Bəhreynə qarşı qəbuledilməz və təhqiramiz bəyanatlarla çıxış etməsidir.

Lakin diplomatik korpusun bəyanatında verilən qərarın Bəhreyndə yaşayan Livan vətəndaşlarına heç bir şəkildə təsir etməyəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR