Bennet İsrailin Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

Bennet İsrailin Baş naziri kimi vəzifəsinin icrasına başlayıb

© APA | İsrailin yeni Baş naziri Naftali Bennet

# 15 iyun 2021 04:17 (UTC +04:00)

İsrailin yeni Baş naziri Naftali Bennet bazar ertəsindən etibarən öz vəzifəsinin icrasına başlayıb, Qüdsdəki dəftərxanasına baş çəkib, işçiləri ilə görüşüb və təhlükəsizlik məsələləri ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının rəhbəri və hərbi müşaviri tərəfindən məlumatlandırılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Bennet 14 iyun 2021-ci ildə baş nazirin Qüdsdəki dəftərxanasında vəzifəsinin icrasına başlayıb. O, dəftərxananın müxtəlif guşələrini ziyarət edib, işçilərlə görüşüb, həyat şəraitləri ilə maraqlanıb və hər kəsə gələcək fəaliyyətində məhsuldarlıq arzulayıb. Baş nazirin hərbi katibi və Milli Təhlükəsizlik Şurasının rəhbəri təhlükəsizlik məsələləri ilə bağlı Baş nazir Bennetə məlumat veriblər”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR