Bəşər Əsədə Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub

Bəşər Əsəd

© APA | Bəşər Əsəd

# 03 iyun 2021 13:27 (UTC +04:00)

Suriya Prezidenti Bəşər Əsəd yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın Rusiyadakı səfiri Riyad Haddad bildirib.

Onun sözlərinə görə, Suriya Prezidentinə Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndi vurulub.

Səfir qeyd edib ki, “Sputnik V” peyvəndi artıq Suriyada istifadəsinin üçüncü mərhələsindədir. Diplomat vurğulayıb ki, ilk mərhələdə ölkənin həkimləri və yüksək vəzifəli şəxsləri peyvənd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR