BMT "Taliban"ın gəlişindən bəri Kabilə ilk humanitar yardımını çatdırıb

BMT "Taliban"ın gəlişindən bəri Kabilə ilk humanitar yardımını çatdırıb
# 15 sentyabr 2021 08:46 (UTC +04:00)

Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra BMT-nin Humanitar Hava Daşınmaları Xidmətinin (UNHAS) ilk təyyarəsi Kabilə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Dünya Ərzaq Proqramı məlumat yayıb.

“UNHAS uçuşları 29 avqust tarixində, Pakistanın paytaxtı İslamabadı Məzari-Şərif, Qəndəhar və Herat şəhərləri ilə birləşdirməklə bərpa edilib. Kabillə əlaqə “Taliban” hakimiyyəti ələ keçirəndən bəri yaranmış müvəqqəti fasilədən sonra sentyabrın 12-də bərpa edilib. ÜST-ün təqdim etdiyi dərman vasitələrindən ibarət üç reys həyata keçirilib”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR