BMT tez bir zamanda Əfqanıstana humanitar yardım göndərilməsini bərpa edəcək

BMT tez bir zamanda Əfqanıstana humanitar yardım göndərilməsini bərpa edəcək
# 28 avqust 2021 07:38 (UTC +04:00)

BMT yaxın günlərdə Əfqanıstana humanitar yardım reyslərini bərpa edəcək.

APA xəbər verir ki, bu barədə təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Planlarımızda xidməti bərpa etmək və yaxın günlərdə, həftə sonu humanitar hava körpüsü qurmaq var. Buraya Pakistandan Kabil, Qəndəhar və Məzari-Şərifdən kənar müxtəlif hava limanlarına təyyarələrin göndərilməsi daxildir. Bu məqsədlər üçün maliyyə məsələlərini artıracağıq”, - Düjarrik belə deyib.

Dujarrik, həmçinin paytaxt Kabil hava limanında təhlükəsiz fəaliyyətin təmin edilməsinin vacibliyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR