Boris Consonun xüsusi nümayəndəsi Kabildə “Taliban” liderləri ilə görüşüb

Boris Consonun xüsusi nümayəndəsi Kabildə “Taliban” liderləri ilə görüşüb
# 05 oktyabr 2021 16:24 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Consonun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Saymon Qass Kabildə “Taliban” liderləri ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Britaniyanın Xarici İşlər Ofisi məlumat yayıb.

Bildirilib ki, Britaniyanın Əfqanıstandakı Missiyasının müvəqqəti işlər vəkili Martin Lonqden də S. Qassla birlikdə “Taliban”la danışıqlar aparmaq üçün Əfqanıstana gedib.

Onlar Mövləvi Əmir Xan Muttəqi, Molla Əbdül Qani Baradar Axund və Mövlavi Əbdül-Salam Hənəfi də daxil olmaqla “Taliban”ın yüksək səviyyəli üzvləri ilə görüşüblər.

Görüşdə Əfqanıstandakı humanitar böhranın və ölkənin terrorçuların yuvasına çevrilməsinin qarşısını almağın yolları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR