Britaniya XİN başçısı Mahmud Abbasla görüşüb

Dominik Raab, Mahmud Abbas

© APA | Dominik Raab, Mahmud Abbas

# 26 may 2021 17:17 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə britaniyalı nazir “Twitter”də bildirib.

“Fələstin Prezidenti Mahmud Abbasla İsrail və Qəzzada bütün tərəflərin atəşkəsə riayət etməsinin vacibliyini müzakirə etdik. Dayanıqlı sülhə gedən yolun iki dövlət həllinə əsaslandığını və Britaniyanın buna dəstəyini bir daha təsdiqlədim”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, Dominik Raab daha öncə İsrailə səfər edib. O, burada İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Qabi Aşkenazi və müdafiə naziri Benni Qantzla görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR