Britaniyada son sutkada koronavirusdan 7 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 7 nəfər həyatını itirib
# 19 may 2021 00:08 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 2412 nəfər koronavirusa yoluxub.Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 450 392 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 691 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR