Çavuşoğlu Britaniya, Finlandiya və qətərli həmkarları ilə Əfqanıstan mövzusunda müzakirə aparıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 26 avqust 2021 20:24 (UTC +04:00)

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun intensiv diplomatik danışıqları olub.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, M.Çavuşoğlu bu gün Əfqanıstan mövzusunda 3 ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon söhbəti edib.

M.Çavuşoğlu Britaniyanın xarici işlər naziri Dominik Raab, finlandiyalı həmkarı Pekka Olavi Haavisto, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə Əfqanıstandakı hadisələrlə bağlı müzakirə aparıblar.

Qeyd edək ki, bu gün M.Çavuşoğlu İranın yeni xarici işlər naziri Hüseyn Əmirabdullahi ilə də telefonla danışaraq yeni vəzifəyə təyin olunması ilə bağlı həmkarını təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR