Çavuşoğlu: “S-400-lər 100 faiz bizim nəzarətimizdə olacaq”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 31 may 2021 18:33 (UTC +04:00)

“S-400-lər 100 faiz bizim nəzarətimizdə olacaq”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, texniki personal təlim üçün Rusiyaya göndərilib, lakin rusiyalı hərbi mütəxəssislər Türkiyədə olmayacaq.

XİN başçısı Rusiyanın Türkiyə ilə hava nəqliyyatına məhdudiyyət tətbiq etməsinə də münasibət bildirib. M. Çavuşoğlu qeyd edib ki, Rusiyadan hava nəqliyyatına koronavirus səbəbi ilə məhdudiyyət tətbiq edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR