"Cəbhət ən-Nusra" terror qruplaşması İdlibə 12 dəfə hücum edib

"Cəbhət ən-Nusra" terror qruplaşması İdlibə 12 dəfə hücum edib
# 06 oktyabr 2021 07:12 (UTC +04:00)

Son 24 saat ərzində "Cəbhət ən-Nusra" terror qruplaşmasının mövqelərindən İdlib əyalətinə 12 dəfə hücum qeydə alınıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Suriyadakı Savaşan tərəflərin barışdırması Mərkəzinin rəhbərinin müavini kontr-admiral Vadim Kulit bildirib.

Onun sözlərinə görə, hökumət qüvvələrinin mövqelərinə minaatanlardan açılan atəş nəticəsində bir Suriya əsgəri yaralanıb.

V.Kulit əlavə edib ki, terrorçular hökumət qüvvələrinin yerləşdiyi Dadıx kəndinə Majdalaya kəndi ərazisindən zərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR