Ceki Çan Çin Kommunist Partiyasına üzv olmaq niyyətindədir

Ceki Çan

© APA | Ceki Çan

# 14 iyul 2021 10:02 (UTC +04:00)

Ceki Çan (Jackie Chan) Çin Kommunist Partiyasına (ÇKP) üzv olmaq istədiyini açıqlayıb. 67 yaşlı aktyor və prodüser bunu Çin Film Assosiasiyasının təşkil etdiyi simpoziumda çıxış edərkən deyib.

Bu barədə APA "South China Morning Post"a istinadən xəbər verir.

"Düşünürəm ki, Kommunist Partiyası gözəldir, çünki ÇKP-nin dedikləri, vəd etdikləri hər şey onilliklər ərzində mütləq gerçəkləşəcək. ÇKP üzvü olmaq istərdim", - deyə Ceki Çan bildirib.

Xatırladaq ki, Çin Kommunist Partiyası bu ilin iyulun 1-də 100 illik yubileyini qeyd edib. Əlamətdar tarix ərəfəsində ÇKP-nin Mərkəzi Komitəsinin təşkilat şöbəsi onun tərkibi barədə son məlumatları dərc edib. Partiyanın hazırda 95 milyondan çox üzvü var və bu, onu dünyanın ən böyük siyasi qüvvəsinə çevirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR