Çin Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb

Çin Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb
# 26 may 2021 05:26 (UTC +04:00)

“Çin Xalq Respublikası Avropa Birliyi (AB) ilə qarşılıqlı hörmət əsasında hərtərəfli əməkdaşlığı davam etdirməyə və genişləndirməyə hazırdır”.

APA TASS-a istinadən xəbər verir iki, bunu Çinin xarici işlər naziri Uanq Yi Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Çin həmişə AB ilə münasibətlərə strateji baxımdan yanaşıb, əməkdaşlığın tərəflər arasındakı münasibətlərdə ortaq istiqamət və leytmotiv olduğuna inanır, eyni zamanda Avropaya rəqib deyil, tərəfdaş kimi baxır.

"Seçdiyimiz sistemə və inkişaf yoluna sadiq qalacağıq, digər ölkələrin müstəqil seçiminə tam hörmət göstərəcəyik”, deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR