Çin Bayden administrasiyasını Trampın səhvlərini təkrarlamamağa çağırıb

Çin Bayden administrasiyasını Trampın səhvlərini təkrarlamamağa çağırıb
# 27 iyul 2021 06:49 (UTC +04:00)

Hazırkı ABŞ administrasiyası ÇXR-ə qarşı münasibətdə keçmiş Donald Tramp hökumətinin yürütdüyü səhv siyasəti davam etdirir.

APA TASS-a istinadən xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşdə səsləndirib.

“ABŞ-ın yeni hökuməti bütünlüklə əvvəlki rəhbərliyin Çinə qarşı apardığı səhv siyasəti davam etdirir, Çinə qarşı təzyiqləri artırır və biz qətiyyətlə buna qarşıyıq”, - deyə çinli nazir bildirib.

Onun sözlərinə görə, bu problemlər Çinin ABŞ tərəfindən yanlış qəbul edilməsindən irəli gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR