Çin Yaponiyaya rəsmi etiraz edib

Çin Yaponiyaya rəsmi etiraz edib
# 01 dekabr 2021 14:55 (UTC +04:00)

Tayvan Çinin ayrılmaz ərazisidir.

APA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin bu gün keçirdiyi brifinqdə Pekini Tayvana hərbi müdaxilə etməkdən çəkinməyə çağıran sabiq Yaponiya baş naziri Sindzo Abenin sözlərinə cavab olaraq söyləyib.

“Keçmiş baş nazir Sindzo Abe “bütöv Çin” prinsipini pozub və Çinin daxili işləri və Tayvan məsələsi ilə bağlı yanlış bəyanatlar verib. Çin bununla bağlı qəti etirazını bildirir və bu addımları pisləyir. Tayvan Çinin ayrılmaz ərazisidir. Və Çin heç bir ölkəyə hər hansı bəhanə yaxud forma altında Tayvan məsələsinə müdaxilə etməsinə imkan verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR