Çində avtobus çaya aşıb, 13 fəhlə itkin düşüb

Çində avtobus çaya aşıb, 13 fəhlə itkin düşüb
# 11 oktyabr 2021 10:36 (UTC +04:00)

Bu gün səhər Çinin Hebey əyalətində “Jingye Group” poladtökmə şirkətinin fəhlələrini daşıyan avtobus çaya aşıb.

APA-nın xəbərinə görə. Çinin Mərkəzi Televiziyası xəbər verir ki, qəza zamanı avtobusda 51 fəhlə olub.

Onlardan 38-i xilas ola bilib, 13 nəfər itkin düşüb.

İtkin düşənlərin axtarışı aparılır, hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR