Çində avtobusla yük maşını toqquşub, ölənlər var

Çində avtobusla yük maşını toqquşub, ölənlər var
# 23 iyul 2021 07:48 (UTC +04:00)

Çinin şimal-şərqindəki Şenyan şəhəri yaxınlığında yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 8 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli icra orqanlarından bildirilib.

Məlumata görə, qəza ötən gün yerli vaxtla saat 16:35-də (Bakı vaxtı ilə saat 12:35-də) baş verib. Yük maşını qarşı hərəkət zolağına çıxaraq avtobusa çırpılıb. Dörd nəfər hadisə yerində, daha dörd nəfər onlara tibbi yardım göstərilərkən ölüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, hazırda həyatları üçün təhlükə yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR