Çində əhalinin artımını sürətləndirmək üçün analıq məzuniyyətinin müddəti artırılıb

Çində əhalinin artımını sürətləndirmək üçün analıq məzuniyyətinin müddəti artırılıb
# 30 noyabr 2021 07:44 (UTC +04:00)

Pekin bələdiyyəsinin qərarı ilə analıq məzuniyyətinin müddəti 30 gün artırılaraq 158 günə çatdırılıb.

APA-nın Çin mənbələrinə istinadla xəbərinə görə, məqsəd nəsil artımını stimullaşdırmaqdır.

Uzun müddət tək uşaq siyasəti nəticəsində əhali kifayət qədər yaşlanıb. Bu da ölkə iqtisadiyyatını işçi çatışmazlığı ilə üz-üzə qoyur.

Qeyd edək ki, Çİn hökuməti son illərdə uşaq sayı ilə bağlı tələbləri yumşaldıb. Bu ildən 3 uşağa sahib olmağa icazə verilsə də, doğuş sayında azalma qeydə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR