Çİndə rəqəmsal yuanın tətbiqi genişlənir

 Çİndə rəqəmsal yuanın tətbiqi genişlənir
# 24 noyabr 2021 00:59 (UTC +04:00)

Hələlik rəsmi status almasa da rəqəmsal yuan Çində artıq kifayət qədər populyarlaşıb.

APA-nın xəbərinə görə, rəqəmli valyutanın hazırlanmasına 2014-cü ildə başlansa da, proses son 3 ayda daha ciddi şəkil alıb. Smatrfonlar vasitəsi ilə ödəniş imkanının olması gənclərin bu valyutaya marağının artmasına səbəb olur.

Elektron valyutanın populyarlaşması dələduzların da işinə yarayır. Çin polisi 2 gün əvvəl 300 min yuan mənimsəyən dələduzu həbs edib.
Yeni yuandan istifadə üçün mobil telefonda elektron pul kisəsi yaratmaq kifayətdir. Bir çox ticarət mərkəzlərində və ictimai nəqliyyatda bu valyuta ilə ödəniş aparmaq mümkündür. Son statistikaya görə 140 milyon nəfər rəqəmsal yuandan istifadə edir. Oktyabrda rəqəmsal yuanla həyata keçirilmiş əməliyyatların həcmi 35 milyard yuanı keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR