Çində yaşayış binasında güclü partlayış olub, ölən və yaralılar var

Çində yaşayış binasında güclü partlayış olub, ölən və yaralılar var
# 21 oktyabr 2021 07:39 (UTC +04:00)

Çinin şimal-şərqində yeləşən Liaoninq əyalətinin Şenyang şəhərində baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, 33 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “South China Morning Post” şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində bir neçə bina və maşın zərər görüb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

İlkin məlumatlara görə, partlayışa səbəb binalardan birində qaz sızması ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR